Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Həftə-Reytinq > Nazirlik avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verdi

Nazirlik avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verdi


1-09-2020, 15:56. Yazar: Xeberaz
Nazirlik avtobus sürücüsü işlədiyi deyilən direktoratöhmət verdi


Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.
Bu barədə "Xeberaz.Az"-a Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı  pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq həmin şəxs “BakuBus” MMC-də işləmir. O, bunu paylaşım xatirinə etdiyini bildirmişdi.


Geri dön