Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt > Ukraynada avtobus atəşə tutuldu - ölənlər var

Ukraynada avtobus atəşə tutuldu - ölənlər var


27-08-2020, 21:45. Yazar: Xeberaz
Ukraynada avtobus atəşə tutuldu -ölənlər var

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.





Geri dön