Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > “Bu, müharibə deməkdir” – Türkiyəyə qarşı ağlasığmaz həmlə
“Bu, müharibə deməkdir” – Türkiyəyə qarşı ağlasığmaz həmlə26-08-2020, 21:08. Yazar: Xeberaz |
"Xeberaz.Az" xəbər verir ki, yunan baş nazir bu barədə İtaliya və Misirlə imzalanmış sazişlərin parlamentdəki müzakirəsi zamanı danışıb. O, hökumətin İon dənizindəki ərazi sularını 12 dəniz milinə qədər artıracaq bir qanun layihəsi təqdim edəcəyini söyləyib: “İon dənizi Yunanıstanın qərb sahilləri ilə İtaliya arasında qalır”. Miçotakis bu qərarın Dəniz Hüquq Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq verildiyini bildirib. Məsələyə münasibət bildirən Türkiyənin təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, eyni qərar Egey dənizində tətbiq edilsə, bu, müharibəyə səbəb sayılacaq: “Yunanıstan indi də 12 mil kartını masaya atdı. Bu, müharibə elanı deməkdir”. Geri dön |