Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt > “Qarabağ” “Şerif”ə qarşı - Start heyətlər

“Qarabağ” “Şerif”ə qarşı - Start heyətlər


26-08-2020, 20:14. Yazar: Xeberaz
“Qarabağ” “Şerif”ə qarşı -Start heyətlər

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ" və "Şerif" klublarının start heyətləri açıqlanıb.
"Xeberaz.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.
“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley, Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxacaqlar.
Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.
Geri dön