Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > "Bavariya" Çempionlar Liqasının qalibi oldu

"Bavariya" Çempionlar Liqasının qalibi oldu


24-08-2020, 09:40. Yazar: Xeberaz
"Bavariya" Çempionlar Liqasının qalibi oldu

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.
"Xeberaz.Az" xəbər verir ki, bu gün turnirin final qarşılaşması keçirilib.


Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi "Bavariya" üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, "Bavariya" isə 11-ci dəfə final oyununa çıxıb.
"Marsel", "Reyms", "Sent-Etyen" və "Monako"dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ-nin 1993-cü ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq istəyi baş tutmayıb. Məhz fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 7 ildən sonra ilk, ümumilikdə isə 6-cı ÇL kubokunu muzeyinə aparıb. PSJ isə fransızların 27 illik həsrətinə son qoya bilməyib.


Geri dön