Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma > Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü - FOTO

Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü - FOTO


24-08-2020, 09:32. Yazar: Xeberaz
Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü -FOTO

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
"Xeberaz.Az" xəbər verir ki, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Geri dön