Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / İbadət > DİN-dən Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara MÜRACİƏT

DİN-dən Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara MÜRACİƏT


14-08-2020, 17:44. Yazar: Xeberaz
DİN-dən Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlaraMÜRACİƏT

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılmışdır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq 

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.
Geri dön