Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə > Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu? - AÇIQLAMA

Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu? - AÇIQLAMA


14-08-2020, 17:34. Yazar: Xeberaz
Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu?- AÇIQLAMA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, bu günə qədər isə ümumilikdə 820 002 test icra olunub.


Geri dön