Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə > Təbiətə 2 040 manat ziyan vuran obyek sahibi cərimələndi

Təbiətə 2 040 manat ziyan vuran obyek sahibi cərimələndi


13-08-2020, 11:41. Yazar: Xeberaz
Təbiətə 2 040 manat ziyan vuran obyek sahibi cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyini müəyyən edib. 
"Xeberaz.Az" xəbər verir ki, bu barədə məlumatı Xidmətin rəis müavini Ramal Bağırov deyib.
O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2 040 manat məbləğində ziyan dəydiyi məlum olub:
"Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib".
Geri dön