Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda avtomobil ahıl kişini vurub öldürdü

Bakıda avtomobil ahıl kişini vurub öldürdü


11-08-2020, 12:38. Yazar: Xeberaz
Bakıda avtomobil ahıl kişini vuruböldürdü

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 11 də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb. 
Bakı şəhər sakini İ.Qurbanov “BMW” markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub. 
Nəticədə həmin şəxs hadisə yerində ölüb. 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Geri dön