Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 > Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq


10-08-2020, 18:32. Yazar: Xeberaz
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin  verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 22-24, gündüz  30-32 dərəcə isti olacaq. 
Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.  
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu  gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə  isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

Geri dön