Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB


10-08-2020, 17:52. Yazar: Xeberaz
Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapıldı- YENİLƏNİB

Dənizdə (Novxanı kəndi, qeyri-çimərlik ərazi) batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15:40
Abşeron rayonunda bir nəfər dənizdə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
 
Əlavə məlumat veriləcək.
Geri dön