Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / İdman > "Keşlə"dən yeni transfer

"Keşlə"dən yeni transfer


10-08-2020, 12:34. Yazar: Xeberaz
"Keşlə"dən yeni transfer

“Keşlə” növbəti transferini gerçəkləşdirib.
"Xeberaz.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.
Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib. 
Qeyd edək ki, "Keşlə" buna qədər Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə və Dmitro Klotsu da heyətinə cəlb edib.
Geri dön