Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > Beyrutda etirazçılar XİN-in binasına girdilər

Beyrutda etirazçılar XİN-in binasına girdilər


8-08-2020, 20:53. Yazar: Xeberaz
Beyrutda etirazçılar XİN-in binasına girdilər

Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına soxulublar.
"Xeberaz.Az" xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.
Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.
Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.
Geri dön