Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq > Britaniyalı keçmiş nazir cinsi təcavüzdə ittiham olundu

Britaniyalı keçmiş nazir cinsi təcavüzdə ittiham olundu


3-08-2020, 15:21. Yazar: Xeberaz
Britaniyalı keçmiş nazir cinsi təcavüzdə ittiham olundu
Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı təcavüz ittihamı ilə həbs olunub.
"Xeberaz.Az" xarici KİV-ə istinadən xəbər verir ki, parlamentarinin adı açıqlanmır, ancaq onun 50 yaşlarında keçmiş nazir olduğu bildirilir. Mühafizəkarlar Partiyasının rəhbərliyi istintaqla işləməyə hazır olduğunu desə də, həmin deputatı hələlik qurumdan xaric etməyi düşünmədiklərini açıqlayıb.
Cinsi zorakılığa məruz qaldığını iddia edən qadın isə partiyanın bu qərarından narahat olduğunu dilə gətirib.
Geri dön