Ana Sayfa > Bütün xəbərlər / M / Siyasət / Gündəm / Hadisə > Bakıda 35 yaşlı kişinin boğazını kəsdilər

Bakıda 35 yaşlı kişinin boğazını kəsdilər


1-08-2020, 13:49. Yazar: Xeberaz
Bakıda 35 yaşlı kişinin boğazını kəsdilər
Bakının Xəzər rayonunda dava zamanı bir nəfər boğazından bıçaqlanıb.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.
1985-ci il təvəllüdlü Qurbanov Xalid Allahşükür oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, boğazından bıçaq xəsarəti alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Geri dön