Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / İbadət > "Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm" - Baş infeksionist

"Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm" - Baş infeksionist


30-07-2020, 16:54. Yazar: Xeberaz
"Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm" -Baş infeksionist

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Qurban bayramı ilə əlaqədar vətəndaşlara öz tövsiyələrini verib.
Unikal.org-a açıqlama verən C.İsayev insanları aidiyyatı dövlət qurumlarının səsləndirdiyi fikirlərə əməl etməyə çağırıb. Baş infeksionist toplu halda bayramı qeyd etməyin vacib olmadığını bildirib:
"Koronavirus pandemiyası ilə əlaqədar olaraq insanların bir yerə yığışmağı doğru deyil. Hər kəs ara məsafəsi saxlamalı və maska taxmalıdır. Hamı öz evində qurbanını kəsməlidir. Qurbanlıq qonaqlıq vermək üçün deyil, heyvanın kəsilib, kasıba, imkansız ailələrə paylanılması üçündür. Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm".
Famil Fərhadoğlu
Geri dön