Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Salyan sakinini öldürməklə hədələyən şəxs saxlanıldı

Salyan sakinini öldürməklə hədələyən şəxs saxlanıldı


27-07-2020, 13:19. Yazar: Xeberaz
Salyan sakinini öldürməklə hədələyən şəxs saxlanıldı


Salyan sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin  əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da Yenikənd kənd sakini olan bir nəfəri zəng edib tüfənglə öldürəcəyi ilə hədələməkdə şübhəli bilinən Salyan şəhər sakini M.Əhədov saxlanılıb. Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.





Geri dön