Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Tərtərdə xırda buynuzlu heyvan və rayon ərazisində oğrluq edən şəxislər saxlanib

Tərtərdə xırda buynuzlu heyvan və rayon ərazisində oğrluq edən şəxislər saxlanib


23-07-2020, 22:28. Yazar: Xeberaz

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar və iyul aylarında rayon ərazisində yerləşən mağazalardan və evdən oğurluq edən şəxslər saxlanılıb.

Qarabağ Üzrə Bölgə Müxbirinə Tərtər Rayon Polis şöbəsində verilən  məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayonun Ağkənd ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nicati, K.Paşalı və E.Paşazadə saxlanılıb.

Araşdırmalarla onların 450 manat miqdarında 3 baş qoyun oğurladıqları müəyyən edilib.

Bundan başqa, keçirilmiş digər tədbirlərlə rayonun Evoğlu kəndində yerləşən 2 mağazadan siqaret, kontur və pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Şahbazlı da saxlanılıb. Saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktlarla bağlı araşdırma aparılır.

Geri dön