Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Meymunlar ana və 4 uşağın həyatına son qoydu

Meymunlar ana və 4 uşağın həyatına son qoydu


23-07-2020, 20:10. Yazar: Xeberaz
Meymunlar ana və 4 uşağın həyatına son qoydu
Hindistanın Uttar Pradeş əyalətinin Şahjahanpur bölgəsində  5 nəfər meymunların yıxdığı divar altında qalaraq həyatlarını itirib.
"Xeberaz.Az" xəbər verir ki, evlərinin həyətində yatmış 7 nəfərdən ibarət ailənin 5 üzvü  meymunların çıxdığı divarın sökülməsi nəticəsində daşların altında qalaraq ölüblər.  
Qəza nəticəsində  ana və 4 uşağı hadisə yerindəcə ölüb. Digər iki nəfər xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin ailəyə təzminat təklif etdiyi açıqlanıb. 
Qeyd edək ki, 50 milyon meymuna ev sahibliyi edən Hindistanda hər il meymun qəzaları  səbəbindən  onlarla insan həyatından olur. 
Geri dön