Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq > "Kapital Bank"dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA

"Kapital Bank"dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA


23-07-2020, 17:52. Yazar: Xeberaz
"Kapital Bank"dan şəhid mayorun kredit borcu ilə bağlıREAKSİYA

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə, də sonradan aldadılıb.
 "Kapital Bank"-dan bildirilib ki, məsələ nəzarətə götürülüb və bankın əməkdaşları tərəfindən araşdırılır. Diqqətə çatdırılıb ki, qısa zamanda müəyyən tədbirlər görüləcək.
Geri dön