Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq > Putin təcili iclas keçirdi- Azərbaycan-Ermənistan döyüşləri ilə bağlı

Putin təcili iclas keçirdi- Azərbaycan-Ermənistan döyüşləri ilə bağlı


18-07-2020, 12:29. Yazar: Xeberaz
Putin təcili iclas keçirdi-Azərbaycan-Ermənistan döyüşləri ilə bağlı

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri keçirilən onlayn toplantıda Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.
"Xeberaz.Az" Rusiya KİV-nə istinadən xəbər verir ki,  bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib
Onun sözlərinə əsasən,  Putin və Şura üzvləri Azərbaycan sərhədində baş verən döyüşlərdən narahat olduqlarını bildiriblər.
“Vladimir Putin hər iki tərəfin atəşkəs rejiminə təcili ehtiyacının olduğunu vurğulayıb və əlavə edib ki, rəsmi Moskva vasitəçilik səylərinə hazırdır”, - deyə Peskov jurnalistlərə bildirib.
 
Geri dön