Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj > Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı - FOTOLAR

Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı - FOTOLAR


17-07-2020, 11:32. Yazar: Xeberaz
Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı- FOTOLAR
Milli Məclisin binasına ziyan vuranların daha bir neçəsinin kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.
"Xeberaz.Az"  xəbər verir ki, həmin şəxslər də artıq saxlanılıblar. Onlar İlkin Mikayılov, Tural Quliyev, Pərviz Çobanov, Nicat Muradzadə, Əli Abşlı, Əfqan Rəsulovdur. 
Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar. 
  • Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı- FOTOLAR
  • Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı- FOTOLAR

Geri dön