Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Müsahibə > Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən - SƏRT REAKSİYA

Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən - SƏRT REAKSİYA


16-07-2020, 16:12. Yazar: Xeberaz
Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən- SƏRT REAKSİYA

"Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir".
"Xeberaz.Az" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq bildirib.
"Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər", V.Dərgahlı qeyd edib.
Geri dön