Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual > "Tərəfləri təmkinli olmağa çağırıram" - Sergey Lavrov
"Tərəfləri təmkinli olmağa çağırıram" - Sergey Lavrov13-07-2020, 20:05. Yazar: Xeberaz |
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. "Xeberaz.Az" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib: “Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergey Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”. Rusiyalı nazir həmçinin Bakı və Yerevanla təmasları çərçivəsində “istər ölkə olaraq, istərsə də, ATƏT-in Minsk qrupu həmsədri qismində vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb. Geri dön |