Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Qarabağdan xəbər var > Ordumuz düşmənin dayaq məntəqəsinə belə zərbə endirdi - Baş leytenant şəhid oldu (VİDEO)

Ordumuz düşmənin dayaq məntəqəsinə belə zərbə endirdi - Baş leytenant şəhid oldu (VİDEO)


13-07-2020, 09:16. Yazar: Xeberaz
Ordumuz düşmənin dayaq məntəqəsinə belə zərbə endirdi  -Baş leytenant şəhid oldu (VİDEO)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. 
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.




Geri dön