Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə > Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini

Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini


12-07-2020, 21:53. Yazar: Xeberaz


Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb.
"Xeberaz.Az" -ın məlumatına görə, general-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir:
"Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər".
Qeyd edək ki, bu gün düşmən Tovuz rayonu istiqamətində artilleriyadan istifadə etməklə təxribat törədib.
Geri dön