Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə > Azərbaycanda daha bir hakim vəfat etdi

Azərbaycanda daha bir hakim vəfat etdi


9-07-2020, 14:24. Yazar: Xeberaz
Azərbaycanda daha bir hakim vəfat etdi

Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Sadıqov Məzahir Qafar oğlu vəfat edib.
"Xeberaz.Az" xəbər verir ki,  57 yaşlı hakim uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, M. Sadıqov 1963-cü ildə anadan olub. O, 2005-2010-cu illərdə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Geri dön