Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə > Koronavirusa yoluxan alimlə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan alimlə bağlı AÇIQLAMA


5-07-2020, 22:41. Yazar: Xeberaz
Koronavirusa yoluxan alimlə bağlıAÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş alimlə bağlı məlumat yayıb.
"Xeberaz.Az" xəbər verir ki, AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.
"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda qeyd olunub.


Geri dön