Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə > Çində yeni bir virus aşkarlandı

Çində yeni bir virus aşkarlandı


30-06-2020, 11:26. Yazar: Xeberaz
Çində yeni bir virus aşkarlandı

Çində elm adamları, pandemiya şəklində yayılması ehtimalı olan yeni bir qrip virusunu kəşf ediblər. 
"Xeberaz.Az" xəbər verir ki, donuzlarda aşkarlanan virusun da insanlara ötürüldüyü açıqlanıb. Tədqiqatçılar virusun mutasiya nəticəsində sürətlə yayılmasından narahatdırlar. 
Mütəxəssislərin açıqlamasına görə, hazırkı formasında insanlar arasında asanlıqla yayıla bilən xüsusiyyətlərə sahib olan virusun yaxından təqib edilməli olduğu açıqlanıb. 
Yeni və ölümcül "Donuz qripi" adlandırılan dalğanın olma ehtimalı, hətta koronavirus pandemiyası dövründə də elm adamlarının diqqətlə izlədikləri mövzudur. 
Qeyd edək ki, ilk dəfə olaraq "Donuz qripi" 2009-cu ildə Meksikada baş verib.
 


Geri dön