Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə > Səhiyyə Nazirliyi həkim axtarır

Səhiyyə Nazirliyi həkim axtarır


29-06-2020, 18:56. Yazar: Xeberaz
Səhiyyə Nazirliyi həkim axtarır

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 
Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər:
Ərizə
Şəxsiyyət vəsiqəsi
Diplom
İnternatura vəsiqəsi
Sertifikat
Əmək kitabçası




Geri dön