Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > Vilayət Eyvazov bu post komandirlərin YERİNİ DƏYİŞDİ

Vilayət Eyvazov bu post komandirlərin YERİNİ DƏYİŞDİ


23-06-2020, 17:19. Yazar: Xeberaz
Vilayət Eyvazov bu post komandirlərinYERİNİ DƏYİŞDİ

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.
O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub.  Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. 


Geri dön