Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Oğuzda kütləvi dava: bıçaqlanan var...

Oğuzda kütləvi dava: bıçaqlanan var...


22-06-2020, 19:27. Yazar: Xeberaz


Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.
"Xeberaz.Az" Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində 5 nəfər arasında kütləvi dava olub. Dava zamanı bir nəfər - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Geri dön