Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya > Bakıdan İstanbula daha iki xüsusi reys yerinə yetiriləcək

Bakıdan İstanbula daha iki xüsusi reys yerinə yetiriləcək


19-06-2020, 21:31. Yazar: Xeberaz
Bakıdan İstanbula daha iki xüsusi reys yerinə yetiriləcək

“Azərbaycan Hava Yolları” iyunun 25-26-da Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək.
AZAL-dan verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək.
Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında açıqdır.
Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.
Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:
- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80
- Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33
- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40
İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan Türkiyə klinikalarından biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi
Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.
AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.
Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/3sJKpjxP4IA
AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.
Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.
Geri dön