Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Dünya / Maraqlı / Foto-fakt > Məhkəməni udan xoruz öldü

Məhkəməni udan xoruz öldü


19-06-2020, 13:42. Yazar: Xeberaz
Məhkəməni udan xoruz öldü

Fransanın Şaranta departamentində məhkəmənin 2019-cu ilin dekabrında sübh tezdən banlamağa rəsmi icazə verdiyi xoruz Moris ölüb.
Morisin sahibi Korin Fesson bildirib ki, o, hələ cari ilin mayın ayının əvvəlində kəskin rinitdən ölüb.
“Biz artıq yeni xoruz almışıq və onu da Moris adlandırmışıq. O da gözəl banlayır. Lakin o, heç zaman bizim Morisimiz kimi olmayacaq”, - deyə Fesso bldirib.
Qeyd edək ki, bir neçə il öncə yaşlı sakinlər xoruz onlara sübh tezdən yatmağa mane olduğu üçün Morisi və onun sahibini məhkəməyə vermişdilər.
İddiaçıların vəkili min avroya müvafiq təzminat tələb etmişdi və qeyd etmişdi ki, bu məbləğ həlak olmuş dənizçilərin ailələrinə ötürüləcəkdi.
Məsələ ilə bağlı 2017-ci ildə 155 min nəfərin şikayət ərizəsi daxil olsa da, 2019-cu ildə baş tutan məhkəməyə heç kim gəlməmişdi. Nəticədə, Fransanın Roşfor kommunasının məhkəməsi 2019-cu ilin sentyabrın 5-də Morisə rəsmi olaraq banlamağa icazə vermişdi.
Geri dön