Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil > Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi

Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi


19-06-2020, 13:38. Yazar: Xeberaz
Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlılayihə qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Xeberaz.Az" xəbər verir ki, layihəyə əsasən, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Bunun üçün qanunun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndləri dəyişdirilib. 
Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çxıarılaraq qəbul edilib.


Geri dön