Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda narkotiklə saxlanılan şəxsin digər cinayətləri üzə çıxdı

Bakıda narkotiklə saxlanılan şəxsin digər cinayətləri üzə çıxdı


15-06-2020, 16:11. Yazar: Xeberaz
Bakıda narkotiklə saxlanılan şəxsin digər cinayətləri üzə çıxdı
Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, E.Allahverdiyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib. 


Geri dön