Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Karantini pozduğuna görə saxlandı, başqa cinayətləri ortaya çıxdı

Karantini pozduğuna görə saxlandı, başqa cinayətləri ortaya çıxdı


15-06-2020, 14:29. Yazar: Xeberaz
Karantini pozduğuna görə saxlandı,başqa cinayətləri ortaya çıxdı

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb. 


Geri dön