Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Mingəçevirdə qəza - Ölən və yaralananlar var

Mingəçevirdə qəza - Ölən və yaralananlar var


13-06-2020, 12:37. Yazar: Xeberaz
Mingəçevirdə qəza- Ölən və yaralananlar var

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.
Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölmüş, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.
Geri dön