Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil > Nazir “Son zəng”i çaldı - VİDEO

Nazir “Son zəng”i çaldı - VİDEO


12-06-2020, 12:52. Yazar: Xeberaz
Nazir “Son zəng”i çaldı- VİDEO

Bu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq. 
"Xeberaz.Az" xəbər verir ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
***12:22
2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb. 
Unikal.org xəbər verir ki, bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov çalıb. 
Sonra bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub. 
Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Virtual "Son zəng"i “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkündür. 
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.

Geri dön