Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Şou-Biznes / Foto-fakt > Beyons 100 milyon dollar qazanacaq

Beyons 100 milyon dollar qazanacaq


11-06-2020, 22:14. Yazar: Xeberaz
Beyons 100 milyon dollar qazanacaq

Dünyaca məşhur müğənni Beyons “Disney” şirkəti ilə əməkdaşlıq etməyə davam edəcək.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, sənətçi “Qara bəbir” filmi də daxil olmaqla 3 layihədə iştirak etmək üçün artıq müqavilə imzalayıb.
Beyons filmlərdə səsləndirəcəyi mahnılara görə isə 100 milyon dollar (təxminən 170 milyon manat) qazanacaq.
Qeyd edək ki, müğənni daha əvvəl “Disney” şirkətinin lentə aldığı “Kral şir” filmi üçün mahnı oxumuş və “Nola” obrazını səsləndirmişdi.


Geri dön