Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Aviaşirkət işçiləri pandemiyaya görə işdən çıxarılıb? - RƏSMİ

Aviaşirkət işçiləri pandemiyaya görə işdən çıxarılıb? - RƏSMİ


11-06-2020, 19:21. Yazar: Xeberaz
Aviaşirkət işçiləri pandemiyaya görə işdən çıxarılıb?- RƏSMİ
“2019-cu ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 4,7 milyon sərnişinə xidmət edib. 2020-ci ilin əvvəlindən isə də bu rəqəm 760 min nəfər təşkil edib”.
"Xeberaz.Az" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
“Bu, koronavirus (COVID-19) pandemiyasının milli aviaşirkətə təsirini göstərir. Amma cənab prezidentin diqqət və qayğısı ilə əməkdaşlarımız bu gün də maaşlarını tam alır və başqa aviaşirkətlərdən fərqli olaraq bir nəfəri də işdən azad etməmişik", - deyə o, qeyd edib. 


Geri dön