Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi


10-06-2020, 19:28. Yazar: Xeberaz
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edilib.
"Xeberaz.Az" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, bunadək karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurdular.
 


Geri dön