Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma > Heç yerə getməmişəm, heç kim məndən üzr istəməyib" - Gülər Süleymanova

Heç yerə getməmişəm, heç kim məndən üzr istəməyib" - Gülər Süleymanova


9-06-2020, 15:03. Yazar: Xeberaz
"Heç yerə getməmişəm, heç kim məndən üzr istəməyib" -Gülər Süleymanova

"Düzdür mənə zəng gəlib, məni ora çağırıblar, ancaq, heç yerə getməmişəm, heç kəsi də bağışlamamışam, üzr istəmə də olmayıb".
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Yeniavaz.com-a açıqlamasında dünən polisin yarıçılpaq şəkildə evindən apardığı Süleymanov Elvinin anası Süleymanova Gülər deyib. O bildirib ki, bu gün polisdən ona zəng gəlib və onu şöbəyə çağırıblar, ancaq heç yerə getməyib və üzr istəmə, bağışlama olmayıb.
Qeyd edək ki, bu gün DİN-dən verilən açıqlamaya görə, Gülər Süleymanovaya qarşı təhqiramiz ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb və ondan üzr istəyib.


Geri dön