Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Daşkəsəndə QƏTL: Qardaş bacısını öldürdü, ata boynuna götürdü
Daşkəsəndə QƏTL: Qardaş bacısını öldürdü, ata boynuna götürdü4-06-2020, 13:46. Yazar: Xeberaz |
Daşkəsən rayonunda qadın öldürülüb. "Xeberaz.Az" xəbər verir ki, rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib. E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib. Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Geri dön |