Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual > Prezidentdən icra başçısı Müstəqim Məmmədova irad: "Bunu pozun..."

Prezidentdən icra başçısı Müstəqim Məmmədova irad: "Bunu pozun..."


3-06-2020, 18:43. Yazar: Xeberaz
Prezidentdən icra başçısına irad:"Bunu pozun..."


Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
"Xeberaz.Az"  xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.
Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.
Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.
Müstəqim Məmmədov: Baş üstə.
Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.
 
Geri dön