Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil > Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTOLAR

Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTOLAR


1-06-2020, 14:21. Yazar: Xeberaz
Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı- FOTOLAR

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. 
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə,  dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
  • Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı- FOTOLAR
  • Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı- FOTOLAR


Geri dön