Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Mərkəzi Bank vaxtı keçmiş kreditlərin məbləğini açıqladı

Mərkəzi Bank vaxtı keçmiş kreditlərin məbləğini açıqladı


31-05-2020, 20:26. Yazar: Xeberaz
Mərkəzi Bank vaxtı keçmiş kreditlərin məbləğiniaçıqladı

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 232,4 milyon manat təşkil edib.
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, bu, aprelin 1-i ilə müqayisədə 11,1% azdır. Problemli kreditləri ilin əvvəlinə nisbətən 3,2% az, son 1 ildə isə 18,05% azalıb. 
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,1% təşkil edib. Bu nisbət martın sonuna 8,9% və ötən ilin sonuna 8,3%, ötən il aprelin sonuna isə 11,6% olub.
Geri dön