Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq > Milli Məclisdə xüsusi iş qaydası tətbiq edildi
Milli Məclisdə xüsusi iş qaydası tətbiq edildi31-05-2020, 20:19. Yazar: Xeberaz |
“Milli Məclis dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir”. "Xeberaz.Az" xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib. O bildirib ki, parlamentdə xüsusi iş qaydası tətbiq edilib: “Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər tibbi maskada olmaqla əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaq”. Geri dön |