Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Həftə-Reytinq > "Şaqman" yük maşını vurduğu avtomobili yararsız hala saldı- İçkili idi ehtimal olunur

"Şaqman" yük maşını vurduğu avtomobili yararsız hala saldı- İçkili idi ehtimal olunur


28-05-2020, 18:01. Yazar: Xeberaz

Bakı-Quba yolunun 96-cı km də ağır yol nəqliyyat hadisəsi baş vermişdir.
"Xeberaz.Az"-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb 99-KU-264 dövlət nömrə qeydiyyat nişanlı "Şaqman" markalı yük maşını olub.


Belə ki, 99-CX-792 dövlət nömrə qeydiyyat nişanlı  "Opel Astra" markalı  avtomobilin mühərrikində yaranan nasazlıq, avtomobili  hərəkətdə olduğu zaman məcburi dayandırmışdı.


Bu zaman eyni hərəkət istiqamətində yüksək sürət ilə  hərəkət edən "Şaqman" markalı yük maşını  yolun sağında dayanmış "Opel Astra" markalı  avtomobilinə arxadan çırpılaraq hadisə törətmişdir. Hadisə baş verən zaman "Opel Astra" markalı avtomobilin sürücüsü kəllə-beyin travması almışdır. Xoşbəxtlikdən  ölən və ağır yaralanan olmamışdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, "Şaqman" markalı yük maşının sürücüsü ehtimal olunur ki, sükan arxasında içkili olmuşdur.


Qısa araşdırma nəticəsində məlum oldu ki, hadisə törədən "Şaqman" markalı yük maşının əsl sahibi Emil adlı sahibkardır.

Sözü gedən sahibkarın sürücü ilə nəyin ki, müqaviləsi heç maşının Sığortası belə olmayıb.
Vergidən yayınma hallarıda istisna olmaqla,üzərinə düşən öhdəlikləri yerinə yetirməyən sahibkar və sürücü zərərçəkmiş şəxsə vurulan maddi və mənəvi ziyanı ödəməkdəndə boyun qaçırırlar.
Qarşı tərəfi dinləməyə hazırıq....


Geri dön